Bazar ertəsi, 29 Aprel

"İnsanları ya qıracaq, ya da Antarktida və Saharaya köçürəcəklər" - XXI əsrin MASSON PLANI

image

Bu gün Yer kürəsində 7 milyarddan çox insan yaşayır. Ən sıx əhalisi olan ölkələr Avrasiyadadır. Hindistan və Çini xatırlatmaq kifayətdir. Əgər söhbət bütöv ölkələrdən deyil, şəhərlərdən gedirsə, hansısa bir metropolisin həddən artıq əhali ilə məskunlaşdığı adi haldır. 

Bunu iri şəhərlərdə iş tapmağın daha asan olması ilə izah edir. Lakin bir metropol üçün təbii olan bütövlükdə planet üçün heç də təbii sayılmır:

– Təhlili səmimi etmək üçün Azərbaycanla başlayaq. Regionların sosial iqtisadi inkişaf planı olsa da, bölgədəki əhalinin çoxu iş üçün Abşeron yarımadası, əsasən Bakıya axışır;

– Ümumiyyətlə isə, metropollar həm paytaxtı, yaxud iri şəhəri olduğu ölkənin sakinlərinin, həm də qonşu ölkələrdən gələnlərin umanc yeridir;

– Çünki işsizlik və aclıqdan əziyyət çəkən ökələr var;

– Statistikaya görə, meqapolislər hamını yerləşdirmir və inkişaf etmiş ölkələrdə əlavə insanlara ehtiyac yoxdur. İsbat kimi Avropanın miqrant axınının qarşısını almaq üçün Türkiyəyə yalvarmaqlarını göstərmək kifayətdir.

İşin dəhşətli tərəfi bütün bu uyğunsuzluqların müasir memarı olan dünya güclərinin insan qırğınını elə insan beyinlərinə aşılamaq cəhdidir. Və bunu müxtəlif tezislərlə sırıyırlar:

– Təbii sərvətləri məhv edən milyardlarla insan Yer planetinə lazım deyil;

– Üstəlik, onlar atmosferə çoxlu miqdarda karbon qazı buraxırlar ki, bu da azalan meşələrin oksigen emalını zəiflədir.

Bu tezislərə görə, insanlar yalnız faydasız deyil, həm də zərərlidirlər. “Artıq insanlar sağ qalmaq üçün nəinki atmosferi və yeri, həm də okeanları zibilləyirlər” düşüncəsində olan massonların qorxunc planı:

• Köhnə günlərdə onlar qlobal müharibələrin köməyi ilə artıq əhalidən qurtulmaq mümkün idisə, bu gün qlobal müharibələr çətinləşib. Kiçik müharibələr isə problemləri həll etmir. Buna görə də, onlar virus qırğınında sonra nüvə savaşı effektini sınamaq fikrindədirlər.

Alimlərin fikrincə, kütləvi qırğın yox, başqa üsullara da əl atmaq olar. Planetin bütün sakinlərinin işlə təminatı bu metodlardandır. Futbolçu və balerinalara dinamo qoşulsa, elektrik enerjisi istehsal edə bilərlər. Düzdür, elektrik enerjisi istehsalının bu üsulu rentabelli sayılmasa da, prinsipcə pis ideya deyil. Afrikadakı Böyük Səhranı (Sahara) qumdan təmizləyərək cənnətə çevirmək oksigen problemini azaldar. Lakin analitiklərin fikrincə, bu layihə 1-2 yüzilliyə bəhrə verəcəyindən investisiya cəlb olunması qəliz olacaq. Digər yandan Antarktidanın da buzlardan təmizlənməsi və insanların ora köçürülməsi Afrikanın şimalı ilə paralel layihədir. Belə ki, Antarktidakı buzların şirin su kimi Saharaya daşınması aktualdır.

Amma ideya müəllifləri bir reallığı unudur ki, ən böyük səhra ilə ən iri buzlaqların məhvi iqlim fəlakətlərini qaçılmaz edir.

Sonda qeyd edim ki, Böyük Səhranı qumsuz, Antarktidanı da buzsuz qoymaq ideyası Rusiya kütləvi informasiya vasitələrində yayılan yazının bir hissəsidir. Ruslar bununla planetdə insanların məskunlaşma ünvanlarının düzgün paylaşdırılmasına çalışırmış kimi görünməyə cəhd ediblər ki, guya oksigen problemi, qiyamət gününün qarşısını belə almaq olar.

• Rusiya ərazicə dünyanın ən böyük ölkəsidir. Əhali sayı isə 145 milyondur. Rusiyadan qat-qat kiçik Hindistan və Çində ümumən 3 milyarda yaxın insan yaşayır. Əgər Kreml Pekin və Dehlidən 1 milyard insanın Rusiyaya köçürülməsi təşəbbüsü ilə çıxış etsə, dünyanı xilas etmiş olar. Lakin onların sülhməramlı niyyəti bizə tanış olduğundan xilaskarlıq funksiyasından məhrum bir federasiyalıqlarını bilirik.

Hazırda ən ağıllı variant Qərbin irəli sürdüyü “Rusiyanın parçalanma” ssenarisidir. Əhali bölgüsünə görə digər uğurlu gediş Çinin pul, yaxud savaş müqabilində Amur hövzəsini, Sibiri ələ keçirməsidir. Hər iki versiyada mərhələli şəkildə Rusiyaya əhali köçürtmələri baş verəcək ki, planetimiz havasız qalımasın.

Jurnalist neytrallığını qorumaq üçün daha çox insanın yaşaya biləcəyi, amma az əhali ilə kifayətlənən digər iri ölkələri də sadalayaq:

– Avstraliyada 25 milyon insan yaşayır;

– Kanadada 39 milyon insan yaşayır.

Yəni ərazilərinə görə çox az sakinləri var. Dünya üçün narahat olsalar, öz yerlərini daralda bilərlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39